PSJ və "Yuventus" arasında oyunçu mübadiləsi olacaq

PSJ və "Yuventus" arasında oyunçu mübadiləsi olacaq Fransanın PSJ klubu ilə Turinin Yuventus komandası futbolçularını dəyişdirə bilər.
Futbol
14 Dekabr , 2019 08:09
PSJ və Yuventus arasında oyunçu mübadiləsi olacaq

Fransanın PSJ klubu ilə Turinin "Yuventus" komandası futbolçularını dəyişdirə bilər.

"Report"un məlumatına görə, bu barədə "Tuttosport" bildirib.

Məlumata görə, paris klubu Peterburq "Zenit"inin keçmiş yarımmüdafiəçisi Leandro Paredesi verməyə hazırdır. Əvəzində parislilər qarşı tərəfdən yarımmüdafiəçi Emre Canı istəyirlər.

Bu halda bildirilir ki, tərəflər artıq müvafiq saziş haqqında danışıqlar aparır. Futbolçuların özləri də belə bölgüyə qarşı çıxmayıblar.

Qeyd edək ki, Paredes PSJ-yə cari ilin yanvarında transfer edilib. Futbolçu bu komandaya "Zenit"dən keçib.

26 yaşlı argentinalı oyunçu ilə 2023-cü ilin iyulunadək müqavilə imzalanıb. Leandro Paredes 2017-ci ilin iyulunda "Zenit"lə 4 illik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi