PSJ rəhbərliyi Zinəddin Zidanla əlaqə saxlayıb

PSJ rəhbərliyi Zinəddin Zidanla əlaqə saxlayıb Fransanın PSJ klubu İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanla təmasda olub
Futbol
23 Noyabr , 2021 17:18
PSJ rəhbərliyi Zinəddin Zidanla əlaqə saxlayıb
Zinəddin Zidan

Fransanın PSJ klubu İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanla təmasda olub.

"Report" ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi Maurisio Poçettino İngiltərə "Mançester Yunayted"inə keçəcəyi təqdirdə, onu 49 yaşlı mütəxəssislə əvəzləmək istəyir.

Zidan bu postda əsas namizəd hesab edilir və artıq onunla əlaqə saxlanılıb. Klub rəhbərliyinin fikrincə, fransalı baş məşqçinin praqmatik yanaşması və iş metodları Lionel Messi, Neymar və Kilian Mbappenin kimi ulduz futbolçuların oynadığı komanda üçün idealdır.

Eyni zamanda, PSJ-nin hazırkı baş məşqçisi hələlik klub rəhbərliyinə "qırmızı şeytanlar"la danışıqlar aparması barədə məlumat verməyib.

Qeyd edək ki, Zinəddin Zidan mayın 27-də "Real Madrid"dən ayrılıb, onu italiyalı Karlo Ançelotti əvəzləyib.

Son xəbərlər

Orphus sistemi