PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb

PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb Bakı. 20 yanvar. REPORT.AZ/ PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda Genqamı 9:0 hesabı ilə darmadağın edib.
Futbol
20 Yanvar , 2019 06:43
PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda "Genqam"ı 9:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian MbappeEdinson Kavani isə het-trik edib.

Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.

Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. "Genqam" 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi