PSJ prezidenti və FİFA-nın keçmiş baş katibi həbs edilə bilər

PSJ prezidenti və FİFA-nın keçmiş baş katibi həbs edilə bilər "Pari Sen-Jermen" futbol klubunun, “beIN Media Group Nasser” mediaholdinqinin rəhbəri Nasser Al-Xelaifi və FİFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ilə bağlı iş üzrə üç ilə qədər həbs cəzası ala bilər.
Futbol
23 Sentyabr , 2020 05:32
PSJ prezidenti və FİFA-nın keçmiş baş katibi həbs edilə bilər
Nasser Al-Xelaifi

"Pari Sen-Jermen" futbol klubunun, “beIN Media Group Nasser” mediaholdinqinin rəhbəri Nasser Al-Xelaifi və FİFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ilə bağlı iş üzrə üç ilə qədər həbs cəzası ala bilər.

Bu barədə "Report" "L Equipe"yə istinadən xəbər verir.

Məlumata görə, ilk məhkəmə işində İsveçrə Prokurorluğu Al-Xelaifiyə 28 ay, Valkeyə 3 il həbs cəzası tələb edib. Əgər prokurorluğun tələbi təmin edilsə, bu hadisə Avropa futbolu tarixində ilk olacaq.

Xatırladaq ki, Al-Xelaifi və Valke dələduzluqda, saxta sənədlərin hazırlanmasında, xüsusi şəxslərin ələ alınmasında şübhəli bilinirlər. İstintaqın məlumatına görə, Al-Xelaifi dünya çempionatları matçlarının translyasiyası hüquqlarının alınması üçün Valkeyə rüşvət verməkdə ittiham edilir. 2018-ci ilin yanvarında Valke 12 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi