PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər Onun müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub
Futbol
25 Sentyabr , 2022 15:00
PSJ-nin müdafiəçisi Yuventusa keçə bilər

Fransanın PSJ klubunun futbolçusu Xuan Bernat karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" 29 yaşlı müdafiəçi ilə maraqlanır.

İspaniyalı oyunçu az forma şansı əldə etdiyi üçün Paris təmsilçisindən ayrılmaq istəyir.

Turin klubu Bernatdan başqa İngiltərə "Tohhenhem"indən Serxio Regilon və Portuqaliya "Benfika"sından Alexandro Qrimaldonun da transferini nəzərdən keçirir.

Qeyd edək ki, Xuan Bernat 2018-ci ildən PSJ-də çıxış edir. Onun müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi