PSJ-nin hücumçusu 4 oyunluq cəzalandı

PSJ-nin hücumçusu 4 oyunluq cəzalandı Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya 4 matçlıq diskvalifikasiya olunub.
Futbol
23 Sentyabr , 2020 23:46
PSJ-nin hücumçusu 4 oyunluq cəzalandı
Anxel Di Mariya

Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya 4 matçlıq diskvalifikasiya olunub. 

"Report"un məlumatına görə, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib. Argentinalı hücumçu 0:1 hesabı ilə uduzduqları qarşılaşmada "Marsel"in oyunçusu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb. Diskvalifikasiya sentyabrın 29-dan qüvvəyə minəcək. 

Bundan başqa İntizam Komitəsi Qonsales və PSJ-nin digər forvardı Neymarın məsələsinə 30 sentyabr iclasında baxmağı qərara alıb. "Sambaçı" "Marsel"lə qarşılaşmada rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə alıb. O, Qonsalesi irqçilikdə günahlandırıb.

Son xəbərlər

Orphus sistemi