PSJ-nin futbolçusu bir ayda iki dəfə qarət olunub

PSJ-nin futbolçusu bir ayda iki dəfə qarət olunub Bakı. 25 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Çupo Motinqin evi qarət olunub.
Futbol
25 Dekabr , 2018 19:13
PSJ-nin futbolçusu bir ayda iki dəfə qarət olunub

Bakı. 25 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Çupo Motinqin evi qarət olunub. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bir ay ərzində ikinci dəfə belə halla üzləşib. 

Kamerunlu oyunçuya dəymiş zərərin miqdarı və oğurlanmış əşyaların sayı bəlli deyil. 

Çempionlar Liqasının qrup mərhələsinin V turunun noyabrın 28-də baş tutan PSJ - "Liverpul" matçında da Motinqin evi qarət olunub. Həmin vaxt hücumçuya 600 min avro ziyan dəyib. 

Qeyd edək ki, daha öncə PSJ-nin kapitanı Tiaqo Silvanın da evindən oğurluq edilib. Braziliyalı müdafiəçinin evindən bir neçə bahalı əşya, 600 min avro məbləğində saat götürülüb. Oyunçuya dəyən ziyan isə 1 milyon avroya bərabərdir.  

Son xəbərlər

Orphus sistemi