PSJ-nin baş məşqçisi: "Futbolçuları öldürürük"

PSJ-nin baş məşqçisi: "Futbolçuları öldürürük" Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel 2020/2021 mövsümünün təqvimini tənqid edib.
Futbol
974
31 Oktyabr , 2020 10:47
PSJ-nin baş məşqçisi: Futbolçuları öldürürük
Tomas Tuxel

Fransanın PSJ futbol komandasının baş məşqçisi Tomas Tuxel 2020/2021 mövsümünün təqvimini tənqid edib.

"Report" xəbər verir ki, almaniyalı mütəxəssis "Goal" nəşrinə açıqlamasında futbolçuların həddindən artıq yükləndiyini bildirib.

47 yaşlı baş məşqçinin fikrincə, belədə zədə riski də yüksək olur: "Biz bu cür sıx qrafiklə onları öldürürük. Çünki hazırlıq və oyun arasında fasilə olmur. Futbolda hər zaman bütün çətinlik ən güclü futbolçuların üzərinə düşür. Üstəlik, onlar öz milli komandalarında da çıxış edirlər. Fasilə vaxtı oynayırlar, daim səfərlərdə olurlar. Məncə, bütün bunlar oyunçu üçün çoxdur. Növbəti məşqə çıxmaq üçün bərpa oluna bilmirlər. Bu zaman futbolçular zədəyə meylli olurlar və onları idarə etmək çətinləşir. Bu, bəhanə deyil, həqiqətdir. Hər matçda ən azı 1 futbolçumuzu itiririk və bu, təkcə PSJ-yə aid deyil".

Qeyd edək ki, Tomas Tuxel PSJ-yə 2018-ci ildən başçılıq edir.

Son xəbərlər

Orphus sistemi