PSJ-nin baş məqşçisi yenidən Messinin komandaya transferi planına eyham vurub

PSJ-nin baş məqşçisi yenidən Messinin komandaya transferi planına eyham vurub PSJ futbol komandasının baş məşqçisi Maurisio Poçettino yenidən Lionel Messinin mümkün keçidi haqqında suala cavab verib
Futbol
13 Fevral , 2021 08:34
PSJ-nin baş məqşçisi yenidən Messinin komandaya transferi planına eyham vurub
Maurisio Poçettino

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino İspaniya “Barselona”sının futbolçusu Lionel Messinin mümkün transferinə yenidən münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə “El Transistor” bildirib.

"Başa düşürəm ki, bizim komandamızda olmayan oyunçu barədə mümkün qədər az danışmaq lazımdır. Amma bütün komandalarda müqavilələrin imzalanması strategiyaları mövcuddur və oyunçular var ki, cari müqavilələrinin müddəti başa çatır”, - baş məşqçi deyib.

Poçettino bununla növbəti dəfə rəhbərlik etdiyi komandanın diqqətinin Messiyə yönəlməsinə eyham vurub.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi bu ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay Kataloniya klubundan getməyə cəhd edib, ancaq son nəticədə qalmağa qərar verib. 33 yaşlı oyunçuya əsas iddialılar PSJ ilə yanaşı, İngiltərənin “Mançester Siti" klublarıdır.

Son xəbərlər

Orphus sistemi