PSJ Neymarla danışıqlara başladı

PSJ Neymarla danışıqlara başladı Fransanın PSJ klubu futbolçusu Neymarla müqavilənin müddətini uzatmaq üçün danışıqlara start verib.
Futbol
576
11 Noyabr , 2020 17:50
PSJ Neymarla danışıqlara başladı
Neymar

Fransanın PSJ klubu futbolçusu Neymarla müqavilənin müddətini uzatmaq üçün danışıqlara start verib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçunun yeni sözləşməsi əvvəlki şərtlərlə imzalana bilər.

Paris klubunda vergilər çıxarılmadan 32 milyon avro qazanan forvard müqaviləni daha 5 il uzatmağa hazırdır. Tərəflər sözləşmənin razılaşdırılacağına ümid edirlər.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatır.

Son xəbərlər

Orphus sistemi