PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib Fransanın PSJ futbol komandası argentinalı hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.
Futbol
25 Oktyabr , 2022 04:29
PSJ Messiyə yeni müqavilə təklif edib

Fransanın PSJ futbol komandası argentinalı hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, Fransa klubu hücumçuya 2024-cü ilə qədər müqavilənin daha bir mövsüm uzadılmasını təklif edib.

Qeyd edilir ki, hazırda müqavilənin maliyyə şərtləri müzakirə olunur.

Messi ikinci mövsümü Fransa klubunda keçirir. O, 2021-ci ildə "Barselona"dan ayrılıb. Futbolçu bu mövsüm komandanın Fransa çempionatında keçirdiyi 11 matçın hamısında meydana çıxaraq, 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

“Transfermarkt”ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Argentinalı futbolçu İspaniyanın “Barselona” futbol komandasının yetirməsidir. O, 2004-cü ildə komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titul əldə edib. Forvard 7 dəfə “Qızıl top”u qazanıb.

Son xəbərlər

Orphus sistemi