PSJ Messi üçün Mbappeni satmalıdır

PSJ Messi üçün Mbappeni satmalıdır Fransanın PSJ klubu İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin keçidini maliyyələşdirmək üçün ulduz futbolçularından birini satmalıdır
Futbol
15 Fevral , 2021 10:32
PSJ Messi üçün Mbappeni satmalıdır
Lionel Messi və Kilian Mbappe

Fransanın PSJ klubu İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin keçidini maliyyələşdirmək üçün ulduz futbolçularından birini satmalıdır.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 34 yaşlı argentinalı oyunçunu almaqdan ötrü Kilian Mbappeni başqa nəhəng kluba göndərməlidir.

Fransalı forvardla İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubunun maraqlandığı bildirilib. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Onun aktivində 29 görüşdə 19 qol və 8 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi