PSJ Mbappenin məvacibini artırmağa hazırdır

PSJ Mbappenin məvacibini artırmağa hazırdır Fransa PSJ-si futbolçusu Kilian Mbappeni komandada saxlamağa çalışır.
Futbol
16 İyul , 2021 13:08
PSJ Mbappenin məvacibini artırmağa hazırdır
Kilian Mbappe

Fransa PSJ-si futbolçusu Kilian Mbappeni komandada saxlamağa çalışır.

"Report" "Marca"ya istinadən xəbər verir ki, klub bunun üçün 23 yaşlı hücumçuya son dərəcə sərfəli şərtlərlə yeni müqavilə təklif etməyə hazırdır.

Fransalı forvard Paris təmsilçisində qalmağa razılıq versə, komanda yoldaşı Neymar kimi ildə 30 milyon avro məvacib alacaq. Buraya vergi xərcləri və bonuslar daxil deyil.

Lakin Mbappe hələlik yeni təklifə cavab verməyib. O, əvvəlkitək PSJ-dən getməli olduğunu düşünür. Futbolçu hesab edir ki, bu komanda ilə öz hədəflərinə çata bilməyəcək. Hazırda pul onun üçün ikinci plandadır.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, ötən mövsüm Fransa çempionatında 31 oyun keçirib və 27 qol vurub.

Son xəbərlər

Orphus sistemi