PSJ klubunun futbolçusu 3 oyunluq cəzalandırılıb

PSJ klubunun futbolçusu 3 oyunluq cəzalandırılıb Bakı. 23 mart. REPORT.AZ/ PSJ klubunun futbolçusu Tiaqo Motta Fransa çempionatının İntizam Komitəsinin qərarı ilə 3 oyunluq diskvalifikasiya olunub.
Futbol
23 Mart , 2018 11:39
PSJ klubunun futbolçusu 3 oyunluq cəzalandırılıb

Bakı. 23 mart. REPORT.AZ/ PSJ klubunun futbolçusu Tiaqo Motta Fransa çempionatının İntizam Komitəsinin qərarı ilə 3 oyunluq diskvalifikasiya olunub.

"Report"un məlumatına görə, buna səbəb yarımmüdafiəçinin Fransa çempionatının 31-ci turunda evdə "Anje" (2:1) ilə matçın 16-cı dəqiqəsində birbaşa qırmızı vərəqə almasıdır. Motta rəqib futbolçu Toma Romenə qarşı kobud oyuna görə meydandan qovulub.

O, cəza səbəbindən "Nitsa" ilə matçda iştirak etməyib. 36 yaşlı futbolçu "Sent-Etyen" və "Monako" ilə qarşılaşmalarda da komandasına kömək edə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi