PSJ idman direktoru ilə yollarını ayırır

PSJ idman direktoru ilə yollarını ayırır Paris təmsilçisi mövsümün sonunda 53 yaşlı mütəxəssislə vidalaşacaq
Futbol
12 Mart , 2022 09:04
PSJ idman direktoru ilə yollarını ayırır

Fransanın PSJ klubu idman direktoru Leonardo ilə yollarını ayıracaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi mövsümün sonunda 53 yaşlı funksionerlə vidalaşacaq.

Klub prezidenti Nasser Əl-Xəlaifi transferlərin nəticələrindən narazıdır və onun fikrincə, ötən yay nəhəng investisiyalar Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yetərli olmayıb. 

Bundan əlavə, Leonardo hücumçu Kilian Mbappeni müqaviləni yeniləməyə razı sala bilməyib. Onu bu postda İngiltərənin "Tottenhem" klubunun icraçı direktoru Fabio Paratiçinin əvəzləyəcəyi ehtimal olunur.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən İspaniya "Real Madrid"inə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi