PSJ Fransa Kubokunu qazandı

PSJ Fransa Kubokunu qazandı Futbol üzrə Fransa Kubokunun final matçında “Monako” “Pari sen-Jermen”lə qarşılaşıb
Futbol
20 May , 2021 01:21
PSJ Fransa Kubokunu qazandı

Futbol üzrə Fransa Kubokunun final matçında “Monako” və PSJ komandaları üz-üzə gəlib.

"Report" xəbər verir ki, Sen-Deninin “Stad de Frans” stadionunda keçirilən matç Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mauro İkardi 19-cu, Kilian Mbappe isə 81-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu, Paris klubunun 14-cü mükafatıdır. PSJ 1981/82, 1982/83, 1992/93, 1994/95, 1997/98, 2003/04, 2005/06, 2009/10, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində də Fransa Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi