PSJ ölkə kubokunda qazandığı məbləğdən imtina edib

PSJ ölkə kubokunda qazandığı məbləğdən imtina edib Bakı. 7 yanvar. REPORT.AZ/ Fransanın PSJ klubu ölkə kubokunda qazandığı məbləğdən imtina edib.
Futbol
7 Yanvar , 2019 20:10
PSJ ölkə kubokunda qazandığı məbləğdən imtina edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Fransanın PSJ klubu ölkə kubokunda qazandığı məbləğdən imtina edib.

"Report" "Parischampions"ə istinadən xəbər verir ki, 1/32 finalda "Pontivi"ni 4:0 hesabı ilə məğlub edən Paris təmsilçisi komandaya çatacaq olan 120 min avronu almaq istəməyib.

Bildirilib ki, qərar PSJ-nin prezidenti Nasser Əl-Xelaifi tərəfindən verilib. Həmin məbləğ isə "Pontivi" klubuna çatıb.

Pontivi klubu 1935-ci ildə yaradılıb və ölkənin beşinci divizionunda çıxış edir. Komanda ev oyunlarını 3200 azarkeş tutumu olan bələdiyyə stadionunda oynayır.

Qeyd edək ki, PSJ-nin 1/16 final mərhələsindəki rəqibi yanvarın 23-də müəyyənləşəcək. Həmin raundun oyunları 5, 6 fevralda keçiriləcək. PSJ ardıcıl 4 dəfə ölkə kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi