PSJ-dən Messi və Ronaldu açıqlaması

PSJ-dən Messi və Ronaldu açıqlaması Franın PSJ klubunun idman direktoru Leonardo İspaniya "Barselona"sından Lionel Messi və İtaliya "Yuventus"undan Kriştianu Ronaldunun mümkün transferinə münasibət bildirib
Futbol
12 Mart , 2021 09:45
PSJ-dən Messi və Ronaldu açıqlaması
Lionel Messi və Kriştianu Ronaldu

Franın PSJ klubunun idman direktoru Leonardo İspaniya "Barselona"sından Lionel Messi və İtaliya "Yuventus"undan Kriştianu Ronaldunun mümkün transferinə münasibət bildirib.

"Report"un məlumatına görə, braziliyalı funksioner hər iki futbolçunu diqqətlə izlədiklərini açıqlayıb.

"Hazırda Messi ilə bağlı yeni bir şey yoxdur. Ronalduya gəldikdə, klubumuzun adının əksər xəbərlərdə hallanmasına sevinirik" deyən Leonardo bunu müsbət hal kimi dəyərləndirib: "PSJ çox arzuolunan klubdur. Bütün dahi oyunçular bizim klubla əlaqəlidirlər. Belə futbolçularla daim danışmaq imkanımız var. Amma hazırda yeni futbolçu ilə danışıqlar aparmırıq".

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci ilədək qüvvədədir. Kriştianu Ronaldunun "Yuventus"la sözləşməsi isə 2022-ci ilin yayında bitəcək.

Son xəbərlər

Orphus sistemi