PSJ Çempionlar Liqası oyunu öncəsi növbəti ciddi itki ilə üzləşib

PSJ Çempionlar Liqası oyunu öncəsi növbəti ciddi itki ilə üzləşib Fransanın PSJ klubu evdə Almaniya "Leyptsiq"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Futbol
19 Oktyabr , 2021 18:42
PSJ Çempionlar Liqası oyunu öncəsi növbəti ciddi itki ilə üzləşib
Mauro İkardi

Fransanın PSJ klubu evdə Almaniya "Leyptsiq"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Mauro İkardi ailə problemlərinə görə bugünkü qarşılaşmada iştirak etməyəcək.

Xəyanət səbəbindən həyat yoldaşı və meneceri Vanda Nara ilə boşanmaq ərəfiəsində olan 28 yaşlı forvard klub rəhbərliyindən icazə alıb. Psixoloji durumu yaxşı olmayan futbolçu meydana çıxa bilməcəyini söyləyib.

Daha əvvəl PSJ-nin heyətində Neymar, Serxio Ramos və Leandro Paredesin "Leyptsiq"ə qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, PSJ - "Leyptsiq" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi