PSJ "Borussiya"nın hücumçusu üçün təklif hazırlayır

PSJ "Borussiya"nın hücumçusu üçün təklif hazırlayır Fransanın PSJ klubu Almaniya Borussiyasında (Dortmund) çıxış edən Erlinq Holandı transfer siyahısına əlavə edib.
Futbol
182
15 İyun , 2020 14:13
PSJ Borussiyanın hücumçusu üçün təklif hazırlayır

Fransanın PSJ klubu Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən Erlinq Holandı transfer siyahısına əlavə edib. 

"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi bu yay 20 yaşlı hücumçu üçün klubuna təklif göndərmək niyyətindədir. 

PSJ norveçli forvard üçün böyük məbləğ ödəməyə hazırdır, çünki oyunçu klubun prioritet hədəflərindən biri olub və Paris təmsilçisi mövsümün sonunda hücumçusu Edinson Kavani ilə vidalaşacaq. 

Qeyd edək ki, Erlinq Holand 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi