PSJ Antonio Konte ilə danışıqlara başlayıb

PSJ Antonio Konte ilə danışıqlara başlayıb Fransanın PSJ klubu İngiltərə "Tottenhem"inin baş məşqçisi Antonio Konte ilə danışıqlara başlayıb.
Futbol
16 Mart , 2022 18:30
PSJ Antonio Konte ilə danışıqlara başlayıb

Fransanın PSJ klubu İngiltərə "Tottenhem"inin baş məşqçisi Antonio Konte ilə danışıqlara başlayıb.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi hazırda komandaya rəhbərlik edən Maurisio Poçettinonu italiyalı mütəxəssislə əvəzləmək niyyətindədir.

Kontenin London klubu ilə müqaviləsində belə bir bənd var ki, o, cari mövsümün sonunda komandanı tərk edə bilər. 53 yaşlı mütəxəssis PSJ-yə keçməkdə maraqlı olsa da, "Tottenhem" onunla əməkdaşlığı davam etdirmək istəyir.

Qeyd edək ki, Antonio Konte ötən ilin noyabrından "Tottenhem"ə başçılıq edir. Maurisio Poçettinonun PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi