PSJ 13-cü dəfə Fransa Kubokunun sahibi oldu

PSJ 13-cü dəfə Fransa Kubokunun sahibi oldu Futbol üzrə Fransa Kubokunun final matçında "Pari Sen-Jermen" "Sent-Etyen"ə qalib gəlib.
Futbol
25 İyul , 2020 01:21
PSJ 13-cü dəfə Fransa Kubokunun sahibi oldu

Futbol üzrə Fransa Kubokunda PSJ və "Sent Etyen" komandaları arasında final oyunu keçirilib.

 "Report"un məlumatına görə, "Stad de Frans"da təşkil olunmuş qarşılaşma Paris komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Neymar vurub. Onun komanda yoldaşı Kilian Mbappe 31-ci dəqiqədə Loik Perrenin kobudluğuna məruz qalıb. Nəticədə Mbappe zədə, Perren isə birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. 

Beləliklə, rekord sayda - 13-cü dəfə Fransa Kubokunu qazanan PSJ "qızıl dubl" edib. Bu klub daha əvvəl yarımçıq yekunlaşdırılan ölkə çempionatının qalibi olmuşdu.

Son xəbərlər

Orphus sistemi