Prosineçkinin yeni klubu müəyyənləşdi

Prosineçkinin yeni klubu müəyyənləşdi Türkiyənin "Denizlispor" komandasının yeni baş məşqçisi məlum olub.
Futbol
10 Avqust , 2020 22:33
Prosineçkinin yeni klubu müəyyənləşdi

Türkiyənin "Denizlispor" komandasının yeni baş məşqçisi məlum olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Robert Prosineçkiyə tapşırılıb.

Xorvatiyalı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, son olaraq Türkiyədə "Kayserispor" klubuna başçılıq edən Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin sükanı arxasında olub. 

Son xəbərlər

Orphus sistemi