"Proqres" klubu Qəbələyə cəzalı futbolçusunu da gətirib

"Proqres" klubu Qəbələyə cəzalı futbolçusunu da gətirib Uzun yol qət edən Lüksemburq komandası Vəndam kəndində məskunlaşıb
Futbol
11 İyul , 2018 17:22
Proqres klubu Qəbələyə cəzalı futbolçusunu da gətirib

Qəbələ. 11 iyul. REPORT.AZ/ Lüksemburqun “Proqres” klubu Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə qarşı keçirəcəyi ilk oyun üçün Azərbaycana 22 futbolçu ilə səfər edib.

“Report”un məlumatına görə, Niderkorn təmsilçisi Qəbələyə gəlmək üçün uzun yol qət etməli olub. "Proqres"in üzvləri avtobusla Frankfurta, oradan isə təyyarə ilə Bakıya yola düşüblər. Paytaxtdan avtobusla bölgəyə yollanan lüksemburqlular Vəndam kəndindəki "White Boutiqe Hotel"də məskunlaşıblar.

Bu gün səhər saatlarında Bakıya çatan Niderkorn şəhər təmsilçisi erməni hücumçusu Aleksandr Karapetyanı Azərbaycana gətirməyib. Bundan başqa, Metin Karayer Qəbələyə gəlsə də, baş məşqçi Paolo Amodio onun xidmətindən yararlana bilməyəcək. Türk əsilli fransalı müdafiəçi ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Kiprin AEL komandasına 1:2 hesabı ilə uduzduqları səfər matçının 79-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Rəqibi bilərəkdən vurduğu üçün 3 oyunluq cəzalanan 26 yaşlı oyunçu “Qəbələ” ilə cavab görüşündə də meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Proqres”lə ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 19-da Düdelanjda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi