Prezidentin köməkçisi: "Siyasətdə baş verənlər idmanda da təkrar olunur və Qarabağ klubunu sıxışdırırlar"

Prezidentin köməkçisi: "Siyasətdə baş verənlər idmanda da təkrar olunur və Qarabağ klubunu sıxışdırırlar" Novruz Məmmədov: "Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu"
Futbol
183
19 Oktyabr , 2017 11:27
Prezidentin köməkçisi: Siyasətdə baş verənlər idmanda da təkrar olunur və Qarabağ klubunu sıxışdırırlar
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyunda fransız hakimin verdiyi mübahisəli qərarı şərh edərkən bildirib. 

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə Prezidentin köməkçisi əlavə edib. 

Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb. 

Son xəbərlər

Orphus sistemi