Mavritaniya prezidenti oyunu dayandırıb, komandalara penalti vurmağa göstəriş verib

Mavritaniya prezidenti oyunu dayandırıb, komandalara penalti vurmağa göstəriş verib Matçın əsas vaxtı 63-cü dəqiqədə bitib
Futbol
1 Dekabr , 2015 12:15
Mavritaniya prezidenti oyunu dayandırıb, komandalara penalti vurmağa göstəriş verib

Bakı. 1 dekabr. REPORT.AZ/ Mavritaniya Super Kubokunun finalında gözlənilməz hadisə baş verib. "Report"un məlumatına görə, ölkə prezidenti Məhəmməd Əbdül Əziz "Tevraq-Zeyna" və "Ksar" arasında keçirilmiş oyunu 63-cü dəqiqədə dayandırıb.

Buna səbəb 1:1 hesabı ilə davam edən final görüşünün prezidentin marağına səbəb olmamasıdır. O surətsiz davam edən matçın artırma dəqiqələrinə getməməsi üçün komandalara on bir metrlik cərimə zərbələrini yerinə yetirmə göstərişi verib. Nəticədə "Tevraq-Zeyna" penaltiləri daha dəqiq yerinə yetirən tərəf olaraq qalib gəlməyi bacarıb.

Mavritaniya Futbol Federasiyasının prezidenti Əhməd Uld Əbdürrəhman isə ölkə başçısının oyunun gedişinə müdaxiləsini inkar edib: "Mən respublika prezidentinin oyuna müdaxiləsini qətiyyətlə təkzib edirəm. Qərar iki komandanın prezidentləri və baş məşqçiləri ilə uyğun olaraq təşkilati məsələlərə görə qəbul olunub".

Son xəbərlər

Orphus sistemi