Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” ilə “AZAL” qarşılaşıb.
"Report"un məlumatına görə, oyun 1:1 hesabı ilə başa çatıb.
Hər iki qol qapılara qarşılaşmanın ikinci hissəsində vurulub. Matçın 52-ci dəqiqəsində Tellur Mütəllimov “Qəbələ”ni hesabda irəli çıxarıb – 1:0. Ancaq "Qəbələ" hesabdakı üstünlüyünü sonadək davam etdirə bilməyib. Belə ki, oyunun 90-cı dəqiqəsində Nuqzar Kvirtiya “Qəbələ”ni və onun azarkeşlərini məyus edib: - 1:1.
“AZAL” - “Qəbələ” görüşü bu hesabla da başa çatıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXIII tur “Zirə” - “Qarabağ” qarşılaşması ilə başa çatacaq.