​Premyer Liqanın XVI turu start götürür

​Premyer Liqanın XVI turu start götürür Bu gün Topaz Premyer Liqasının XVI turuna start veriləcək
Futbol
13 Dekabr , 2014 10:20
​Premyer Liqanın XVI turu start götürür

Bakı. 13 dekabr. Report/ Bu gün futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Açılış oyununda Zaqatalanın "Simurq" klubu doğma azarkeşlər önündə Bakı "İnter"ini sınağa çəkəcək. Qarşılaşmaya saat 17:00-da start veriləcək. Turun qalan 4 oyunu isə həftənin son günündə baş tutacaq.

Paytaxtın eyni adlı klubu öz meydanında "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. "Bakı" klubunun təlim-məşq bazasında keçiriləcək oyun 14:00-da başlayacaq. Bundan bir saat sonra isə "Qəbələ" - "Qarabağ" matçı start götürəcək. Turnir cədvəlinin hazırkı lideri ilə Dorinel Muntyanunu yenicə baş məşqçi postundan istefaya göndərən komanda arasındakı görüş turun mərkəzi qarşılaşması olacaq. 

Tura paytaxtda keçiriləcək qarşılaşma ilə yekun vurulacaq. Son oyunda "Neftçi" və "Sumqayıt" klubları qüvvəsini sınayacaq. Komandalar saat 17:00-da "Bakcell Arena"da üz-üzə gələcək.

Topaz Premyer Liqası. XVI tur


13 dekabr (şənbə)

17:00. "Simurq" (Zaqatala) – "İnter" (Bakı)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Fazil Mürşüdov

Zaqatala şəhər stadionu


14 dekabr (bazar)

14:00. "Bakı" – "Xəzər Lənkəran"

Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakı” FK-nin təlim-məşq bazasının stadionu

15:00. "Qəbələ" – "Qarabağ" (Ağdam)

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Asim Xudiyev.

Qəbələ şəhər stadionu

17:00. "Neftçi" (Bakı) – "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Gülağa Cabbarov

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi