Premyer Liqamızın bombardiri Tehranın məşhur klublarının hədəfində

Premyer Liqamızın bombardiri Tehranın məşhur klublarının hədəfində 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olmuş Peyman Babayi İranın iki məşhur klubunun diqqət mərkəzinə düşüb
Futbol
8 Fevral , 2021 13:28
Premyer Liqamızın bombardiri Tehranın məşhur klublarının hədəfində
Peyman Babayi

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olmuş Peyman Babayi İranın iki məşhur klubunun diqqət mərkəzinə düşüb.

"Report" "İlna" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə "İstiqlal" və "Persepolis" maraqlanır.

Hazırda "Maşın Sazi"nin uğurları üçün çalışan Babayinin Təbriz təmsilçisi "Traktor"la maliyyə şərtlərinə görə razılaşmadığı bildirilib. Cari mövsüm 6 dəfə fərqlənən forvard komandasının ən çox qol vuran oyunçusudur.

"İstiqlal" və "Persepolis" onu heyətinə qatmaq istəsə, "Maşın Sazi"yə ödəniş etməlidir.

Qeyd edək ki, 2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək "Sumqayıt"da icarə əsasında çıxış etmiş Peyman Babayi ötən mövsüm 7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub.

Son xəbərlər

Orphus sistemi