Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı

Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı İlk pillədə "Qəbələ" yer alıb
Futbol
12 Aprel , 2021 10:00
Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı

Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən komanda müəyyənləşib.

"Report" xəbər verir ki, ilk pillədə "Qəbələ" yer alıb. Yaş ortalaması 26,5 olan "qırmızı-qaralar" 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib.

"Qarabağ" (26,6 yaş; 9,5 faiz) bu göstəriciyə görə ikinci, "Sabah" isə (26,7 yaş; 7,6 faiz) üçüncü pillədədir.

Sonrakı sıralarda "Sumqayıt" (25,7 yaş; 5,4), "Keşlə" (27,7 yaş; 4,1 faiz), "Neftçi" (26,4 yaş; 4 faiz), "Zirə" (25,7 yaş; 3,7 faiz) və "Səbail" (26,7 yaş, 1,5 faiz) yer alıb.

Son xəbərlər

Orphus sistemi