Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün 150-ci qolu vurulub

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün 150-ci qolu vurulub Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.
Futbol
14340
11 Fevral , 2019 12:33
Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün 150-ci qolu vurulub

Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” (2:0) qarşılaşmasında hesabı açan flaqmanın yarımmüdafiəçisi Emin Mahmudov imza atıb.

Mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.

Son xəbərlər

Orphus sistemi