​Premyer Liqada III turun təyinatları açıqlanıb

​Premyer Liqada III turun təyinatları açıqlanıb Turun mərkəzi görüşü sayılan "Qarabağ" - "Neftçi" oyununu Əliyar Ağayev idarə edəcək
Futbol
18 Avqust , 2016 10:45
​Premyer Liqada III turun təyinatları açıqlanıb

Bakı. 18 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək oyunların təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, turun mərkəzi görüşü sayılan "Qarabağ" - "Neftçi" oyununu Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası, III tur

19 avqust

19:00. "Zirə" – AZAL

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Bakı. Zirə İdman Kompleksinin stadionu

21:00. "İnter" – "Kəpəz"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

Bakı. "İnter Arena"

21 avqust

20:00. "Qarabağ" – "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. "Əlincə Arena"

Qeyd edək ki, avqustun 21-də keçirilməsi nəzərdə tutulan "Qəbələ" - "Sumqayıt" matçı "qırmızı-qaralar"ın Avropa Liqasındakı oyununa görə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi