Premyer Liqada II dövrəyə yekun vurulub, "Neftçi" "Qarabağ"la xal fərqini azaldıb

Premyer Liqada II dövrəyə yekun vurulub, "Neftçi" "Qarabağ"la xal fərqini azaldıb Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.
Futbol
130
8 Dekabr , 2019 18:59
Premyer Liqada II dövrəyə yekun vurulub, Neftçi Qarabağla xal fərqini azaldıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

"Report" xəbər verir ki, ilin XIV tura təsadüf edən son matçında "Sabah" "Neftçi"ni qəbul edib. 

Masazırdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 2:0. Oyunun 45+2-ci dəqiqəsində Anton Krivotsyuk künc zərbəsindən sonra başla fərqlənib. Son nöqtəni isə Stiven Monroz 90+2-ci dəqiqədə qoyub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Ağ-qaralar" lider "Qarabağ"dan 6 xal geri qalırlar. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Turun qalan görüşlərinə gəlincə, "Zirə" "Səbail"i məğlub edib 4:1. "Qarabağ" - "Keşlə" 2:2, "Sumqayıt" - "Qəbələ" isə 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, III dövrəyə gələn il fevralın 1-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi