Premyer Liqa: Turun açılış matçının təyinatları açıqlandı

Premyer Liqa: Turun açılış matçının təyinatları açıqlandı Rauf Allahverdiyev isə 4-cü hakim funksiasını yerinə yetirəcək
Futbol
2 Aprel , 2021 16:53
Premyer Liqa: Turun açılış matçının təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun bir oyunu üçün bütün təyinatlar müəyyənləşib.

"Report" xəbər verir ki, turun açılış matçı Elçin Məsiyevə tapşırılıb.

"Səbail" - "Zirə" matçında FIFA referisinə Elşad Abdullayev və Müslüm Əliyev köməklik göstərəcək. Rauf Allahverdiyev isə 4-cü hakim funksiasını yerinə yetirəcək.

Azərbaycan Premyer Liqası, XXI tur

3 aprel (şənbə)

17:30. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”

Son xəbərlər

Orphus sistemi