Premyer Liqa: "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb

Premyer Liqa: "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb.
Futbol
1 Fevral , 2025 18:01
Premyer Liqa: Turan Tovuz Səbaillə bərabərə qalıb

Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb.

"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə bir dəfə fərqləniblər.

Hesab 29-cu dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alexandro Serrano fərqlənib. 45+2-ci dəqiqədə qırmızı vərəqə alan Kauan Martins isə qərb təmsilçisini azlıqda qoyub.

Qonaqları məğlubiyyətdən xilas edən qola Madi Queta imza atıb. 82-ci dəqiqədə baş zərbəsi ilə rəqib torunu silkələyən oyunçu "dənizçilər"ə 1 xal qazandırıb.

36 xalı olan "Turan Tovuz" dördüncü, 16 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi