Premyer Liqa təmsilçisi 5 ay əvvəl təyin etdiyi baş məşqçi ilə yollarını ayırıb

Premyer Liqa təmsilçisi 5 ay əvvəl təyin etdiyi baş məşqçi ilə yollarını ayırıb Rusiya çempionatında iştirak edən "Axmat" kollektivinin baş məşqçisi Maqomed Adıyev istefaya göndərilib.
Futbol
1 sentyabr 2024 12:44
Premyer Liqa təmsilçisi 5 ay əvvəl təyin etdiyi baş məşqçi ilə yollarını ayırıb

Rusiya çempionatında iştirak edən "Axmat" kollektivinin baş məşqçisi Maqomed Adıyev istefaya göndərilib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 ay əvvəl "ağ-yaşıllar"ın "sükanı arxasına" keçən 47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Klub rəhbərliyi uğursuz nəticələrin ardından bu addımı atıb. Ötən mövsüm "Axmat"ı Premyer Liqada saxlamağı bacaran Adıyev 3 illik müqaviləyə imza atmışdı.

Qeyd edək ki, Qroznı təmsilçisi cari mövsüm 7 turdan sonra 5 xalla 15-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi