Premyer Liqa: "Sumqayıt" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Sumqayıt" "Sabah"ı məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Futbol
21 Sentyabr , 2019 19:23
Premyer Liqa: Sumqayıt Sabahı məğlub edib
Foto: "Report"

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

"Report" xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Sabah"ı qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolu 34-cü dəqiqəSərtan Taşkın vurub. Qarşılaşmanın 77-ci dəqiqəsində "Sumqayıt" azlıqda qalıb. Mehdi Şərifi ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Bu qələbədən sonra xalını 6-ya çatdıran "Sumqayıt" "Keşlə" ilə 4-5-ci pillələri bölüşür. "Sabah" isə 2 xalla sonuncu yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Səbail" "Qəbələ"ni qəbul edəcək. Tura sabah baş tutacaq "Neftçi" - "Keşlə" "Zirə" - Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi