Premyer Liqa: "Sumqayıt" evdə "Keşlə"yə uduzub

Premyer Liqa: "Sumqayıt" evdə "Keşlə"yə uduzub Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Futbol
165
15 Dekabr , 2021 20:57
Premyer Liqa: Sumqayıt evdə Keşləyə uduzub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı klubunun heyətində qolları 37-ci dəqiqədə Pərviz Azadov, 47-ci dəqiqədə Rəhman Hacıyev və 80-ci dəqiqədə penaltidən Felipe Santos vurub. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Cəmaləddin Xocaniyazov fərqlənib.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi