Premyer Liqa: "Səbail" "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Səbail" "Kəpəz"lə heç-heçə edib Görüş 1:1 hesabı ilə yekunlaşıb
Futbol
22 Aprel , 2018 18:59
Premyer Liqa: Səbail Kəpəzlə heç-heçə edib

Bakı. 22 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, "Səbail" "Bayıl Arena"da "Kəpəz"i qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı qonaqlar açıb. Dario Frederiko 19-cu dəqiqədə Gəncə təmsilçisini önə çıxarıb. Lakin bundan 5 dəqiqə sonra "Səbail"in legioneri Faruk Miya bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Səbail" 20 xalla 7-ci, "Kəpəz" 13 xalla 8-ci pillədə qalıb.

Turun ilk matçında "Keşlə" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" matçları saat 19:00-da başlanıb.

Son xəbərlər

Orphus sistemi