Premyer Liqa: "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Zirə"ni qəbul edəcək Qarşılaşma saat 16:30-da başlayacaq
Futbol
6 may 2023 05:00
Premyer Liqa: Şamaxı Zirəni qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXXIII turun daha bir oyunu keçiriləcək.

"Report" xəbər verir ki, "Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq. Görüşü Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Paytaxt təmsilçisi 42 xalla 5-ci, bölgə klubu 23 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək Premyer Liqada 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Şamaxı", 11-də "qartallar" qələbə qazanıb. 13 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "Zirə"nin üstünlüyü var - 36:29.

16:30. “Şamaxı” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu

Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi