Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu baş tutacaq
Futbol
28 Noyabr , 2022 07:40
Premyer Liqa: Qarabağ Zirə, Şamaxı Kəpəzlə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV turun daha iki oyunu baş tutacaq.

"Report"un məlumatına görə, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edəcək.

Meydan sahibləri 10 xalla yeddinci, qonaqlar 9 xalla doqquzuncu pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 31 dəfə üz-üzə gəliblər. Bunların 17-də Şamaxı təmsilçisi, 7-də Gəncə klubu qələbə qazanıb. Topların nisbətində də "Şamaxı"nın üstünlüyü var - 53:30.

Günün ikinci görüşündə 40 xalla lider olan "Qarabağ" 22 xalla dördüncü sırada gedən "Zirə"ni sınağa çəkəcək. Tərəflər bu vaxtadək Premyer Liqada 28 dəfə görüşüblər. Bunların 19-da "köhlən atlar" qələbə qazanıbsa, 9 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionu böyük üstünlüyə malikdir - 62:13. "Zirə" indiyədək rəqibinə qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XV tur

28 noyabr (bazar ertəsi)

14:00. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
“Azersun Arena”

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi