Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək Qarşılaşma saat 19:00-da başlayacaq
Futbol
20 oktyabr 2022 03:30
Premyer Liqa: Qarabağ Turan Tovuzu qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.

"Report"un məlumatına görə, günün yeganə matçında ölkə çempionu "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək.

"Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq. "Köhlən atlar" 27 xalla liderdir. Tovuz təmsilçisi 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Tərəflər indiyədək ölkə çempionatlarında üz-üzə gəlməyiblər.

Azərbaycan Premyer Liqası

XI tur

20 oktyabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”

Qeyd edək ki, XI turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunları oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları isə oktyabrın 23-də olacaq.

Son xəbərlər

Orphus sistemi