Premyer Liqa: "Qarabağ” "Səbail”i məğlub edib - VİDEO

Premyer Liqa: "Qarabağ” "Səbail”i məğlub edib - VİDEO Görüşdə yeganə qolu 31-ci dəqiqədə Riçard Almeyda vurub
Futbol
7 Aprel , 2018 19:47
Premyer Liqa: Qarabağ” Səbail”i məğlub edib - VİDEO

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXII turunda iki oyun keçirilib.

"Report"un məlumatına görə, günün ikinci oyununda "Qarabağ” "Səbail”i qəbul edib.

Yalnız cari mövsümdə üz-üzə gələn komandaların matçında “Qarabağ” 4-cü qələbəyə sevinib. Komanda “Səbail”i 1:0 hesabı ilə üstələyib. Görüşdə yeganə qolu 31-ci dəqiqədə Riçard Almeyda vurub. Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 18 xalla 6-cı yerdədir.

XXII turun ilk oyununda "Kəpəz" və "Keşlə" komandaları heç-heçə edib - 1:1.

Turun digər matçları sabah keçiriləcək. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan "Zirə” ilə "Qəbələ”, "Neftçi” ilə "Sumqayıt” üz-üzə gələcək.

17:30. "Qarabağ” – "Səbail” - 1:0

Qol: Riçard Almeyda, 31

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

"Azersun Arena”

Son xəbərlər

Orphus sistemi