Premyer Liqa: "Qarabağ" ilin son matçında heç-heçə edib

Premyer Liqa: "Qarabağ" ilin son matçında heç-heçə edib Futbol üzrə Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib.
Futbol
6 Dekabr , 2019 20:51
Premyer Liqa: Qarabağ ilin son matçında heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib.

"Report" xəbər verir ki, ikinci dövrənin axırıncı həftəsinin açılış matçında lider "Qarabağ" ən yaxın izləyicisi "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Dani Kintana fərqlənsə də, 40-cı dəqiqədə Hacıağa Hacılı topu öz qapılarından keçirib. Bundan 5 dəqiqə sonra Mahir Emreli yenidən Ağdam təmsilçisini önə çıxarıb.

Fasilədən qayıdandan 2 dəqiqə sonra Tural Bayramlı hesabda tarazılıq yaradıb və yekun nəticəni müəyyənləşdirib - 2:2.

Bu heç-heçədən sonra "Qarabağ" xalını 31-ə, "Keşlə" isə 23-ə çatdırıb.

Qeyd edək ki, tura dekabrın 8-də keçiriləcək "Sumqayıt" - "Qəbələ", "Zirə" - "Səbail" və "Sabah" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi