Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə"ni məğlub edib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə"ni məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
Futbol
6 Aprel , 2019 20:01
Azərbaycan Premyer Liqası: Neftçi Zirəni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Zirə"ni qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2. Hesabı 40-cı dəqiqədə təkbətəkdən Baqali Dabo açıb. Bundan 3 dəqiqə sonra Anton Krivotsyuk cərimə zərbəsindən ötürülən topu başla tora göndərib.

İkinci hissədə Samir Abasov bir sıra dəyişikliklər edib. Bunun nəticəsində 59-cu dəqiqədə Mfo Kqasvane Mamadu Mbocu səhvindən sonra fərqi azaldıb. Lakin bu vaxt Mirabdulla Abbasovun əvəzinə meydana daxil olan Namik Ələskərov cəmi 2 dəqiqə sonra fərqi yenidən artırıb. 80-ci dəqiqədə Kqasvane penaltidən yenə fərqi azaldıb. Lakin 88-ci dəqiqədə Dabo özünün ikinci, komandasının 4-cü qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Görüşün sonunda meydanda qalmaqal baş verib. Nəticədə baş hakim İlkin Muradov və Orxan Sadıqlıya qırmızı vərəqə göstərib.

Bu qələbə sayəsində "Neftçi" xallarını 51-ə çatdıraraq, vahid liderə çevrilib. "Zirə" isə 22 xalla 6-cı pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi