Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la, "Sabah" "Səbail"lə üz-üzə gələcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la, "Sabah" "Səbail"lə üz-üzə gələcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.
Futbol
30 Sentyabr , 2023 09:00
Premyer Liqa: Neftçi Turan Tovuzla, Sabah Səbaillə üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, ilk olaraq "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.

Bölgə təmsilçisi 11 xalla dördüncü, "ağ-qaralar" 9 xalla altıncı pillədə qərarlaşıblar.

Günün digər görüşündə "Sabah" səfərdə "Səbail"lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadır.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi