Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Sumqayıt"ı qəbul edib. Gənc referi Kamal Umudlunun idarə etdiyi matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
41-ci dəqiqədə Voislav Stankoviç kobud oyunu ilə əlaqədar meydandan qovulub. Baş hakimin təyin etdiyi cərimə zərbəsini isə Rəhim Sadıxov dəqiq yerinə yetirib.
Flaqman azlıqda olmasına baxmayaraq, bərabərlik qolunu vurmağı bacarıb. 71-ci dəqiqədə Baqali Dabo təkbətəkdən fərqlənib.
Bu nəticədən sonra xalını 26-ya çatdıran "Neftçi" 2-ci pillədə qalıb. 19 xala malik "Sumqayıt" isə 5-cidir.
Qeyd edək ki, turun açılış matçında "Zirə" "Sabah"ı 2:0 hesabı ilə yenərək, 4-cü pilləyə yüksəlib. Tura fevralın 2-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.