Premyer Liqa: Lider "Səbail"lə, "Qəbələ" "Keşlə" ilə üz-üzə

Premyer Liqa: Lider "Səbail"lə, "Qəbələ" "Keşlə" ilə üz-üzə Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Futbol
7 Noyabr , 2020 07:30
Premyer Liqa: Lider Səbaillə, Qəbələ Keşlə ilə üz-üzə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Keşlə" "Qəbələ"ni qəbul edəcək. "ASK Arena"dakı qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək. 8 oyundan sonra 9 xal toplayan paytaxt klubu 5-ci pillədə qərarlaşıb. Əyalət təmsilçisi isə rəqibindən bir xal az toplayıb və 6-cı sıradadır.

Komandalar indiyədək çempionatda 48 dəfə üz-üzə gəliblər. Bunların 13-də "qırmızı-qaralar", 17-də isə meydan sahibləri qələbə qazanıb. 18 görüş heç-heçə bitib. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 62:47.

Günün digər matçında "Sumqayıt" "Səbail"in qonağı olacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 15 xalla liderdir. Bir oyun az keçirən "Səbail" isə 6 xalla 7-cidir. Komandalar Premyer Liqada 10 dəfə qarşılaşıblar. 4 oyunda paytaxt klubu, 5-də isə Sumqayıt təmsilçisi 3 xal qazanıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi isə bərabərdir - 10:10.

Əslində açılış matçı 6 oktyabra nəzərdə tutulmuşdu. Lakin "Zirə" ilə ev oyunu öncəsi "Sabah"ın klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib. Bu səbəbdən görüş noyabrın 8-nə təxirə salınıb.

Azərbaycan Premyer Liqası

IX tur

14:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

16:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Qeyd edək ki, IX turun "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" görüşləri noyabrın 8-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi