Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunub

Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunub İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl”ın yeni baş məşqçisi müəyyənləşib.
Futbol
11 İyul , 2019 15:54
Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunub

İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl”ın yeni baş məşqçisi müəyyənləşib.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, komanda Stiv Bryusa tapşırılacaq.

Ötən mövsüm İngiltərə Çempionşipində yer alan “Şeffild Uensdey”ə rəhbərlik edən 58 yaşlı mütəxəssisin təyinatının tezliklə açıqlanacağı bildirilir.

Klub Asiya toplanışına getmək üçün Bryusa viza alınması üzərində işləyir.

Qeyd edək ki, “Nyukasl” ötən mövsüm başa çatandan sonra Rafael Beniteslə yeni sözləşmə imzalamayıb. İspaniyalı mütəxəssis isə Çin Super Liqasında çıxış edən “Dalyan İfan”ın baş məşqçisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi