Premyer Liqa klubu tanınmış baş məşqçini qovur

Premyer Liqa klubu tanınmış baş məşqçini qovur Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayıracaq.
Futbol
695
16 Dekabr , 2020 09:00
Premyer Liqa klubu tanınmış baş məşqçini qovur
Slaven Biliç

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayıracaq.

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, komandanın XIII turda "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə etməsinə baxmayaraq 52 yaşlı xorvatiyalı mütəxəssis postundan göndəriləcək.

Onu ingiltərəli Sem Ellardays əvəzləyəcək. Rəsmi açıqlamanın bu gün elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Vest Bromviç” 13 oyundan sonra turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi